Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin diplomatik vasitələrlə həllinin lehinə çıxış edib.
"Unikal" xəbər verir ki, bu barədə KTMT-nin saytında təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yekunlarına dair dərc olunmuş məlumatda deyilir.
“Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi və diplomatik yollarla, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub”, - KTMT-dən bildiriblər.