Mən Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Aİ Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutan dördtərəfli görüşün Cənubi Qafqazda sabitliyə töhfə verəcəyinə ümid edirəm.
"Unikal" xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Çexiyanın Milli Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.O, ölkəsinin dördətərfli görüşə ev sahibliyi etdiyinə şad olduğunu deyib. Diplomat Azərbaycan və Çexiya arasında iqtisadi tərəfdaşlığın inkişaf etdiyini vurğulayıb: "Bizim şirkətlərimiz enerji, yaşıl enerji, logistika, ağıllı şəhərlər sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır."
"Gələn il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Mən münasibətlərimizin inkişafına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Sülh, və rifah bizimlə olsun", - o deyib.