Oktyabrın 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın Cənubi Qafqaz və böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
"Unikal" xəbər verir ki,bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı həmsöhbətlər regional təhlükəsizlik və sabitlik problemlərinə toxunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ararat Mirzoyan və Toivo Klaar Aİ-nin mülki missiyasının Ermənistanda yerləşdirilməsinin vacibliyini qeyd edib və onun fəaliyyətinə toxunublar.
Tərəflər həmçinin regional nəqliyyat infrastrukturunun blokdan çıxarılması, o cümlədən sərhəd təhlükəsizliyi və delimitasiyası üzrə komissiyaların işi ilə bağlı fikir mübadiləsi aparıblar.
Gültəkin