Madrid "Real"ı Vinisius Juniorla yeni müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, "kral klubu" braziliyalı vingerin sözləşməsinin müddətini 2027-ci ilin yayına kimi uzadıb.

Yeni sövdələşmədə 22 yaşlı vingerin maaşı artırılıb. Rəsmi açıqlamanın yaxın günlərdə ediləcəyi bildirilir.

Qeyd edək ki, Vinisius "Real"a 2018-ci ilin yayında "Flamenqo"dan transfer olunub.