"Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındadır. İkinci ən böyük tərəfdaşımız olan Türkiyə ilə 2021-ci ildə ticarət dövriyyəmiz 4 milyard 661 milyon dollar olub. Bu, 2020-ci illə müqayisədə 11.0 faiz artım deməkdir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu ilin ilk 7 ayında Azərbaycanın Türkiyə ilə 3 milyard 376 milyon dollarlıq ticarət dövriyyəsi olub:
"Bu əvvəlki ilin uyğun dövrünə nisbətən 24.0 % artım deməkdir. Digər tərəfdən, Türkiyə həmin müddətdə Azərbaycanın 1 milyard 885 milyon dollarlıq qeyri-neft ixracatının 26.0 faizini formalaşdırıb. İki ölkə arasındakı sərmayə qoyluşlarında da kəskin artımlar müşahidə edilməkdədir. Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Bu, daha güclü Türk dünyası deməkdir".