"Türkiyə ilə Azərbaycan Avropaya, Asiyaya açılan iki körpüdür və strateji hub rolunu oynayır".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Səfir bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir. Türkiyə bütün imkanları, özəl və beynəlxalq təcrübəsi ilə bütün sahələrdə Azərbaycanın yanındadır. Türkiyə və Azərbaycan birlikdə Avropada mövcud olan enerji problemini həll etmək iqtidarındadır", - deyə C.Bağçı qeyd edib.