"Türkiyənin xarici siyasəti bu gün dünya miqyasında böyük ehtiyac duyulan haqq-ədalət və dürüstlük meyarları üzərində qurulub”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə keçirilən tədbirdə deyib.
Spiker bildirib ki, qardaş ölkənin qarşıya çıxan beynəlxalq problemlər barəsində nümayiş etdirdiyi obyektiv mövqe dünyanın yaşadığı indiki təhlükəli dövrdə birmənalı olaraq sabitləşdirici rol oynayır.
Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışan Milli Məclisin sədri qardaş Türkiyənin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində və bütün digər məsələlərdə də Azərbaycanın yanında olduğunu qeyd edib.