Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 15-ci tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda turun mərkəzi matçında səfərdə  "Osiyek"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Dinamo"nun mövsümdə ölkə çempionatında ilk məğlubiyyəti olub.

M.Emreli oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 71-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Dinamo" hazırda 35 xalla birincidir.