Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub.
"Unikal" xəbər verir ki, mərasimdə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər.
Türkiyə prezidenti avtomobilin gövdəsi və quraşdırılması işlərinin aparıldığı sexlərlə tanış olub.
Türkiyə dövlətinin başçısı və xanımı Əminə Ərdoğanla birlikdə "TOGG" elektromobilini sınaqdan keçirib.
Sınaqdan sonra prezident Ərdoğan təəssüratlarını bölüşüb, zavod işçiləri və tədbirin qonaqları qarşısında çıxış edib.