Böyük Britaniyanın keçmiş Baş naziri Liz Trassın şəxsi telefonu rus xakerlər tərəfindən sındırılıb.
"Unikal" xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, Rusiya üçün işləyən agentlər əsas beynəlxalq müttəfiqlərlə danışıqların son dərəcə məxfi detallarına, eləcə də şəxsi mesajlara çıxış əldə ediblər.
Bundan əlavə, xakerlər Ukraynadakı münaqişə ilə bağlı xarici işlər nazirləri ilə müzakirələrə, o cümlədən silah tədarükü ilə bağlı ətraflı dialoqları götürüblər.
Qüyd olunub ki, Trassın telefonu o hələ Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri olarkən sındırılıb.
Ağarza Elçinoğlu