Livan prezidenti Mişel Aun mayın 15-də keçirilən parlament seçkilərindən sonra müvəqqəti fəaliyyət göstərən hökumətin istefası haqqında fərman imzalayıb.
"Unikal" xəbər verir ki, dövlət başçısı Baş nazir Nəcib Mikati ilə yeni hökumətin tərkibi məsələsindəki fikir ayrılığına görə yeni Nazirlər Kabinetinin yaradılması haqqında fərmanı imzalamayıb.
Öncədən elan edilmişdi ki, prezident Aun iqamətgahını bazar günü - rəsmi olaraq oktyabrın 31-də başa çatacaq səlahiyyət müddətinin bitməsinə bir gün qalmış tərk edəcək. 6 ildir Livana rəhbərlik edən 89 yaşlı prezident Baabda sarayının yaxınlığında çadır düşərgəsi quran Xristian Azad Vətənpərvərlik Hərəkatının tərəfdarları qarşısında çıxış edəcək.