"ABŞ-ın narahatlıqlarımızı dinləmə tələbi Putin və Baydenin görüşməsinə şərait yarada bilər".
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitriy Peskov Rusiyanın ABŞ-la görüşməsi ehtimalı ilə bağlı verdiyi açıqlamada bilidrib.
Rusiyanın Ukraynaya hücumlarından əvvəl NATO-nun genişlənməsinin dayandırılması, ABŞ ilə qarşılıqlı silah nəzarətinin təmin edilməsi kimi maddələrlə ABŞ-a “təhlükəsizlik zəmanəti” adı altında təkliflər verən Rusiya istədiyi cavabı ala bilmədi.
Kremlin sözçüsü Dmitriy Peskov ötən il müzakirə mövzusu olan təkliflərlə bağlı ABŞ-a yeni mesaj göndərib. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında görüş ehtimalının yalnız ABŞ-ın öz narahatçılığını dinləməsi ilə reallaşa biləcəyini ifadə edən Peskov, “ABŞ-ın bizim narahatlığımızı dinləməsi, yəni ABŞ-ın dekabr və yanvar ayları arasında olduğu vəziyyətə qayıdıb, "Rusların təklif etdiyi şey hamımıza uyğun gəlməyə bilər, amma bəlkə də danışıqlar masasına oturmağa dəyər" sualını soruşmasına bağlıdır"- deyə Peskov bildirib.
Putin və Bayden arasında görüş ehtimalının çox müzakirə edildiyi bu dövrdə Putinin belə bir şeyə ehtiyacı olmadığını da əlavə edən Peskov, "Oktyabrın əvvəlində Putin belə bir şeyə ehtiyac olmadığını söylədi. Bu günə qədər danışıqlar aparılmayıb”.
Gültəkin