Ankarada müxalifət partiyasının rayon təşkilatının üzvlərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, Səadət Partiyasının növbəti qurultayına Ankaraya gedən Konya Karatay rayon təşkilatının üzvlərinin olduğu mikroavtobus aşıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Bildirilir ki, mikroavtobus arxadan digər avtomobilə çırpıldıqdan sonra aşıb.
Təcili yardım maşınları yaralıları Ankara Şəhər Xəstəxanasına çatdırıb. Beş nəfər evə buraxılıb, daha 3 yaralının müalicəsi davam etdirilir.
Gültəkin