"Soçi sammiti Bakı ilə İrəvan arasında sülhə nail ola bilər".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında bildirib .
“Hələ bir çox problemlər var. Düşünürəm ki, onların hamısı, o cümlədən sabah Soçidə keçiriləcək görüşdə də danışılacaq. Ümid edirik ki, o, sülh müqaviləsinin imzalanması da daxil olmaqla, bir sıra məsələlərdə hansısa yolla irəliləyiş əldə ediləcək”.
Qeyd edək ki, bir müddət əvvəl Aİ müşahidəçiləri Ermənistan və Azərbaycan sərhədində ilk patrula başlamışdılar.
Mülki missiyanın yaradılması ilə bağlı qərar oktyabrın 6-da Praqada Ermənistan, Azərbaycan, Fransa liderləri ilə Avropa Şurasının rəhbəri arasında keçirilən görüşdən sonra verilib .
Gültəkin Ələsgər