"Xankəndidə baş tutan mitinqə Ermənistandan avtobuslarla adamlar daşıyıblar".
"Unikal" xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli ermənilərin Xankəndi şəhərində təxribat məqsədilə mitinq keçirməsinə münasibət bildirərkən deyib.
Müxalifət funksionerinin sözlərinə görə, Xankəndidə mitinqin keçirilməsi Soçi görüşü öncəsi Azərbaycana təzyiq göstərmək məqsədi daşıyır.
"Ermənilərin davası demokratiya deyil, ərazi iddiası və terrorizmdir, sadəcə indi bunu demokratiya ilə pərdələmək istəyirlər. Demokratiyanın olmaması hansısa ölkənin ərazisini işğalda saxlamaq və separatizm üçün səbəb deyil, ola da bilməz.
O qədər adamı Ermənistandan daşıyan avtobusları "rusməramlılar" niyə ora buraxıblar, deməli, Rusiyanın da marağı elə bir mitinq təşkil etmək idi, orada dalğalanan Rusiya bayraqları da buna sübutdur. Soçi görüşündən öncə belə bir addımla təzyiq yaratmaq istəyirlər.
Soçi görüşündən müsbət qərarlar çıxmasa, əks addım kimi Laçın yolu bağlanmalıdır. Zəngəzur koridoru yoxdursa, Laçın koridoru da yoxdur, vəssalam", - deyə Natiq Cəfərli vurğulayıb.