Bərdədə iki nəfəri güllələyən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupununun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı "Unikal"a bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Rəcəb Məmmədovun yeri müəyyən edilərək saxlanılıb və ondan istifadə etdiyi ov tüfəngi də götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

14:02

Bərdədə kafedə kənd sakini iki nəfəri güllələyib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Balaqəjər kəndində qeydə alınıb. Kənd sakini 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı ov tüfəngi ilə həmkəndliləri Sərxan Əsədovu və kafenin sahibi Eldar Mamedova ov tüfəngindən atəş açıb.

Nəticədə ağır yaralanan kənd sakinləri Bərdə rayon mərkəzi xəstəxanasında çatdırılıb.

Hazırda onların vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.