Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə ikitərəfli görüşüb.

"Unikal" xəbər verir ki, ölkə rəhbərləri Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.

Rusiya prezidenti vurğulayıb ki, hazırda əsas vəzifələr regionda sülhün və sabitliyin təmin edilməsi, eləcə də nəqliyyat infrastrukturunun qarşısının alınmasıdır. Onun sözlərinə görə, uzun müddətdir davam edən bu qarşıdurmaya son qoyulmalıdır.

"Biz həmkarlarımızın Ermənistan-Azərbaycan sərhədində və Qarabağ ətrafında baş verənlərə yanaşmalarını görürük. Bu münaqişə on illərdir ki, davam edir, ona görə də biz hələ nə vaxtsa buna son qoymalıyıq. Mən bilirəm ki, Sizin (Paşinyan - red.) buna siyasi iradəniz var və biz bunu hər cür dəstəkləyirik", - Putin bildirib.

Rusiya lideri bugün keçiriləcək üçtərəfli sammitdə bu problemin həllində irəliləməyə kömək edəcək əsas məqamların müəyyənləşdirilməsinin vacibliyini də qeyd edib.

Ağarza Elçinoğlu 

xxx

15:32

Soçidə Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.