"Taxıl sazişinin uğursuzluğu Bosfor boğazında gəmiçilik üçün təhlükə yaradıb".

"Unikal" xəbər evrir ki, bunu Türkiyənin BMT-dəki səfiri Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

O, bu gün səhər saatlarında İstanbul yaxınlığında 97 gəminin toplandığını və yoxlamanı gözləyənlərin olduğunu bildirib. Oraya daha 15 gəmi gəlir.

"Bosfor boğazında lövbər salan gəmilər naviqasiya təhlükəsi yaradır" deyən Sinirlioğlu Türkiyənin gəmilərin hərəkətə davam etməsi üçün BMT ilə birlikdə çalışacağını vurğulayıb.

O, Ukrayna və Rusiyanın məhsullarının dünya bazarına çıxarılması üçün həll yolunu tapmağa çağırıb.

Gültəkin Ələsgər