ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsi ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin qiymətləndirilməsi məqsədilə noyabrın 16-da dinləmələr keçirəcək.
"Unikal" xəbər verir ki, dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Filipp Riker çıxış edəcəklər, bu barədə Konqresin saytında yer alan məlumatda deyilir.
Məlumata görə, dinləmələrin təşəbbüskarı senator Bob Menendesdir.
Gültəkin Ələsgər