Türkiyənin "Fənərbaxça" klubunun gənc futbolçusu Arda Güler "Dinamo"ya (Kiyev, Ukrayna) vurduğu qolu anasına həsr edib.
"Unikal" xəbər verir ki, bu, 17 yaşlı hücumçunun Avroliqanın qrup mərhələsində ilk qolu olub. Matçın 23-cü dəqiqəsində fərqlənən oyunçu formasını qaldıraraq geyindiyi köynəyi nümayiş etdirib. Köynəyin üzərində "Ana, səni çox sevirəm" ("Annecim, seni çok seviyorum") sözləri yazılıb.
Oyundan sonra A.Güler açıqlamasında qol sevinci haqqında bunları deyib: "Anam 2 ay əvvəl ürəyindən əməliyyat olunmuşdu. Ondan sonra futbol oynamaq, buna köklənmək çətin idi. Özümə söz vermişdim ki, ilk qolumu anama həsr edəcəyəm".
Qeyd edək ki, ötən gecə "Dinamo"ya 2:0. hesabı ilə qalib gələn "Fənərbaxça" qrup lideri kimi 1/8 finala yüksəlib.