Koronavirus böyük ehtimalla bütün dünya ölkələrini, xüsusən də Çini məhv etmək üçün süni şəkildə yaradılıb. 

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

Belarus liderinin sözlərinə görə,  bu gün insanların 90%-i COVID-19-un süni mənşəyinin olduğuna əmindir. 

"O zaman mən həmişə sual verirdim: bu, pandemiya ilə bağlı süni şəkildə yaradılmış vəziyyətdir, yoxsa təbiidir? Artıq bu gün 90% insanlar bunun süni olduğunu deyir. Bu nə üçün idi: bütün dünyanı və hər şeydən əvvəl Çini aşağı salmaq, iqtisadiyyatı aşağı salmaq, dövlətləri məhv etmək", - Lukaşenko əlavə edib. 

Onun fikrincə, epidemiya pul çap edən ölkələr üçün faydalı ola bilər. 

Ağarza Elçinoğlu