Azərbaycan və Çin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım həyata keçirəcək.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarlan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” qanunun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.