Xəbər verildiyi kimi, iyunun 19-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax rayonunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in qüvvələri tərəfindən axtarışlara başlanılıb.
"Unikal" xəbər verir ki, hazırda batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən fasiləsiz olaraq davam etdirilir.