Belçikanın “Beerşot” klubu baş məşqçi Dirk Kuytu istefaya göndərib.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2024-cü ilin əvvəlindən “Beerşot”u çalışdıran niderlandlı mütəxəssis komanda ilə ötən mövsüm Belçika çempionatının yüksək liqasına qalxmağa nail olub. Ancaq "Beerşot" son mövsümü axırıncı pilləsində başa vuraraq elitanı tərk edib.

Futbolçu kimi daha çox "Liverpul"dakı çıxışı ilə (2006-2012) tanınan Kuytun “qırmızılar”a qayıdaraq Arne Slotun məşqçilər heyətinə qoşulacağı barədə xəbərlər yayılıb.