Gəncədə intihar hadisəsi qeydə alınıb. 

"Unikal" xəbər verir ki, şəhər sakini 1993-cü il təvəllüdlü Qafarov Orxan yaşadığı evin həyətində özünü asıb. Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Tural Əhmədov