Berluskoninin

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin evi yetkinlik yaşına çatmayan qızların da iştirak etdiyi seksual orgiyaların mərkəzi imiş. İtaliyan prokurorluğu belə deyir.

Məhkəmə prosesi zamanı keçmiş baş naziri Rubi ləqəbli, Morokkodan olan yetkinlik yaşına çatmayan Karima Mahruqla bağlı seksual əlaqədə ittiham ediblər.

Milandan olan prokuror məhkəmə zamanı deyib:

“Rubi Arkorda olan fahişəlik sisteminin bir parçası idi. Silvio Berluskoni orada belə hərəkətləri pulla, ya da professional işlə, o cümlədən siyasi karyera ilə mükafatlandırırdı”.

Prokurorun bildirdiyinə görə, Berliskoninin orgiyalar keçirilən evində fahişə qızların aylıq gəliri 2.5 min avro imiş. Prokuror dəqiqləşdirib ki, bunlar telefon danışıqları əsasında dəqiqləşdirilmiş faktlardır.

Berluskoni isə ittihamlara belə cavab verib:

“Mən heç vaxt qızlara və ya qadınlara mənimlə intim münasibətdə olmaları üçün pul ödəməmişəm. Mən sadəcə məndən kömək istəyənlərə yardım etmişəm. Yəqin prokurorun həyatda bəxti gətirməyib, buna görə də mənə qarşı ittiham irəli sürərək əslində özünü ittiham edir”.

Xatırladaq ki, Berluskoninin məhkəmə prosesi 2011-ci ildə başlayıb. İttihamlara görə, Berluskoni Rubi ilə hələ sonuncunun 18 yaşı olmamış cinsi münasibətdə olub, əvəzində ona hədiyyələr və pul verib.