İtaliyanın cənub bölgəsində xilasetmə xidmətləri ikisi uşaq olmaqla yeddi nəfəri daşıyan helikopterin qalıqlarını aşkarlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın Apuliya bölgəsinin vitse-prezidenti Rafaele Piemontese bildirib.

Xatırladaq ki, Alidaunia nəqliyyat şirkətinin Agusta A109 helikopteri İtaliyanın cənubunda radarlardan itib. Bildirilib ki, təyyarə Adriatik dənizindəki Tremiti adalarından havaya qalxıb və təxminən bir saat sonra radarlardan itib.

17:25

İtaliyanın cənubunda "Agusta A109" nəqliyyat şirkəti Alidaunia helikopteri radarlardan itib.

"Unikal" xəbər verir ki, bu barədə "Tgcom24"  telekanalı məlumat yayıb.

Hazırda Foggia əyalətində dənizdə və quruda baş verən itkin helikopterin axtarışı əməliyyatı davam edir  .

Gülayə Mecid