Azərbaycan cüdoçusu Səid Mollayi Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
“Unikal” xəbər verir ki, 81 kq-da çıxış edən idmançı finalda belçikalı Mattias Kasse ilə görüşüb.
Rəqibinə vazari ilə qalib gələn Mollayi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, tatamini tərk etdikdən sonra qısaca olaraq təəssüratlarını bölüşüb və “Yaşasın Azərbaycan!” şüarını səsləndirib.
Bu, Azərbaycanın kişi cüdoçularının turnirdə əldə etdiyi 3-cü qızıl medal olub. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Hidayət Heydərov (73 kq) bu uğuru təkrarlayıb.
***18:15
Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqə turnirində final qarşılaşmasına çıxıb.
"Unikal" xəbər verir ki, 73 kq-da yer alan idmançı həlledici görüşdə kanadalı Artur Margelidonla üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıb.