Londonun Hitrou hava limanı yaxınlığındakı Harmondsvort kəndindəki mühacirlərin saxlanma məntəqəsində bıçaq və digər silahlarla silahlanmış 100-ə yaxın adamın iştirakı ilə iğtişaş baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, iğtişaşlar mərkəzin işıqsız və susuz qalması nəticəsində elektrik enerjisinin kəsilməsi olub.

Silahlı miqrantların səhər tezdən mərkəzin həyətinə soxulmasından sonra çevik qüvvət polisi hadisə yerinə gəlib.

İşçilər və saxlanılanlar arasında xəsarət alanlar barədə məlumat yoxdur.

Milli Taktiki Cavab Qrupunun (MTRQ) əməkdaşları və Əraziyə Dəstək Polisi, yanğınsöndürənlər və xilasedicilər də hadisə yerinə cəlb olunub.

Bundan əvvəl Böyük Britaniyanın daxili işlər naziri Svella Braverman ölkədə miqrasiya böhranının nəzarətdən çıxdığını bildirmişdi.