İndoneziyanın Şimali Sulavesi əyaləti yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti ( USGS ) İndoneziyanın Şimali Sulavesi əyalətinin Talaud adalarında baş verən 5,1 bal gücündə zəlzələnin 51,4 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.