Əgər elektrik enerjisi təchizatı tam dayanarsa, Kiyevdən 3 milyona yaxın insanın evakuasiya edilməsi nəzərdən keçirilir.

"Unikal" xəbər verir nki, bunu “ The New York Times ” qəzetinə müsahibəsində Kiyev administrasiyasının Təhlükəsizlik xidmətinin rəhbəri Roman Tkaçuk bildirib.

Roman Tkaçuk bütün elektrik təchizatı sistemini itirə biləcəklərini söyləyib. O, hazırda Kiyevdə elektrik enerjisi təchizatı sahəsində vəziyyətin idarə edilən səviyyədə olduğunu da açıqlayıb.