Ermənistanın Baş naziri Nikol Paşinyanla gürcüstanlı həmkarı İrakli Qaribaşvili arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.Bildirilib ki, tərəflər Gürcüstan-Ermənistan gündəliyinin müxtəlif məsələlərini müzakirə ediblər.

Əlavə olaraq, Nikol Paşinyan gürcüstanlı həmkarını oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə baş tutmuş üçtərəfli görüşünün nəticələri ilə bağlı məlumatlandırıb.

Qeyd olunub ki, Qaribaşvili və Paşinyan yaxın regional əməkdaşlıq və cari məsələlərə dair fikir mübadiləsi aparıblar.