Kunq-fu üzrə dünya və Avropa çempionu Anar Süleymanlı türkiyəli idmançı Tuncay Güvəni revanşa çağırıb.
Bu barədə "Unikal"a Anar Süleymanlı özü məlumat verib. O bildirib ki, onlar arasında 2022-ci ilin mart ayında baş tutan döyüşdən məğlub ayrılıb:
"Tuncay Güvənin estetikliyi olmasa da, fiziki cəhətdən güclü rəqibdir. Buna baxmayaraq, bu dəfə qələbə mənim olacaq. Yəqin ki, döyüş yanvar ayında baş tutacaq".
Seymur Əli