Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. 

"Unikal" xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gəlib. 

Rəqibinə ipponla qalib gələn Kotsoyev yarışın qalibi olub. 

90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradzeyə yenilib. 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxanov bürünc medal uğrunda macarıstanlı Riçard Sipoçla güləşəcək.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.

XXX

16:59

Cüdo üzrə Azərbaycan komandası “Böyük dəbilqə” turnirində uğurlu çıxışını davam etdirir.

"Unikal" xəbər verir ki, yarışın son günündə Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. İdmançı həlledici qarşılaşmada serbiyalı Aleksandr Kukolla üz-üzə gələcək.

Komandamızın digər üzvləri - Məmmədəli Mehdiyev (90 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradze, Camal Qamzatxano (100 kq) isə macarıstanlı Riçard Sipoçla qarşılaşacaqlar.

Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olublar.