Amerikalı müğənni-aktyor Aaron Çarlz Karter vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı müğənninin meyiti Kaliforniya ştatının Lankaster şəhərindəki evinin hamam otağında tapılıb. Ölümün səbəbi isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Aaronun çoxsaylı hüquqi və maddə asılılığı ilə bağlı problemləri olduğu deyilir. O, müğənni Nik Karterin qardaşıdır.