Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna final görüşü baş tutub.
"Unikal" report-a istinadən xəbər verir ki, həlledici matçda Azərbaycan və İran milli komandaları üz-üzə gəlib.
Görüş İran yığmasının qələbəsi ilə yekunlaşıb.
Ümumi hesab 5:5 olsa da, iranlı idmançılardan biri 8:0 qələbə qazandığı üçün komanda qızıl medala yiyələnib.
Bununla da Azərbaycan yığması mötəbər turniri gümüş medalla başa vurub.