Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ" klubu "Kəpəz"i qəbul edib.

"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Qarabağ" liderliyini qoruyub. "Kəpəz" isə 8 xalla 8-ci sırada qalıb.