Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnast Cesika Qədirova dünya çempionu olub.
"Unikal" xəbər verir ki, İngiltərənin Liverpul şəhərində keçirilən yarışda döşəmə üzərində sərbəst hərəkətlərə görə hakimlərdən 14,200 xal alan 18 yaşlı idmançı fəxri kürsünün 1-ci pilləsinə yüksəlib.
Onun əkiz bacısı Cenifer Qədirova isə 13.166 nəticə ilə yeddinci olub.