Bu il Azərbaycanda 59 uşağa Zəfər adı verilib.

"Unikal"ın məlumatına görə, son 5 ildə 340 körpəyə bu ad verilib ki, onların 235-i 2020 və 2021-ci illərə aiddir.

Ümumilikdə, 2018-də 24, 2019-da 22, 2020-də 110, 2021-də isə 125 uşağa Zəfər adı qoyulub.

Qeyd edək ki, sabah ölkəmizdə Zəfər Günü qeyd olunacaq.

Anar Kəlbiyev