Rusiyalı tanınmış teleaparıcı Kseniya Sobçak Rusiyaya qayıdıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, şahidlər Sobçakın həyat yoldaşı Konstantin Boqomolovla Pskov vilayətində Latviya ilə sərhəddə yerləşən Buraçki sərhəd-keçid məntəqəsini keçdiyini deyib. 

Jurnalistin anası Lyudmila Narusova isə qızının Rusiyaya qayıtmasını təsdiq etməyib.

Xatırladaq ki, Sobçak 12 gün bundan əvvəl Rusiyanı Belarus vasitəsilə ilə tərk edərək Litvaya getmişdi.