Rusiya Azərbaycan və Ermənistanı təmas xəttində gərginliyin artması ilə nəticələnən addımlardan çəkinməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib.

"Rusiya əvvəlki kimi Azərbaycan və Ermənistanı təmas xəttində gərginliyin artması ilə nəticələnən addımlardan çəkinməyə çağırır", - deyə Kreml sözçüsü qeyd edib.