Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklarda növbəti rəqibi bəlli olub.
"Unikal"ın məlumatına görə, Çempionlar Liqası, ardınca Avropa Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri mübarizəni Konfrans Liqasında davam etdirəcək.Təmsilçimiz bu turnirin pley-offunda “Gent” (Belçika) ilə qarşılaşacaq. 1/8 finala vəsiqə uğrunda oyunlar 2023-cü ildə baş tutacaq.
Bu gün təşkil olunan püşkatma mərasimində səpələnməmiş olan “Qarabağ” fevralın 16-da keçiriləcək ilk görüşə Bakıda çıxacaq. Konfrans Liqasında qrup ikincisi olan rəqiblə cavab oyunu ayın 23-də səfərdə baş tutacaq.
Qeyd edək ki, Ağdam klubu ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda çıxış edəcək. Bu ilin əvvəlində “Qarabağ” Fransa təmsilçisi “Marsel”ə uduzub – 1:3, 0:3.