Cavid Qurbanov Azərbaycandalı ermənilərin sayını açıqladı
15:11 06-03-2013
CƏMİYYƏT
“Biz torpaqlarımızın bir qarışını olsun belə, heç kimə verən deyilik”. Unikal.org-un məlumatına görə, bunu martın 6-da Milli Məclisdə (MM) Avstriya parlamentinin sədr müavini Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Avstriya parlamentlərarası Dostluq Qrupunun görüşündə deputat Cavid Qurbanov deyib.
Azərbaycan-Avstriya parlamentlərarası Dostluq Qrupunun rəhbəri C.Qurbanov görüşdə ilk öncə bildirib ki, Azərbaycanla Avstriya arasında əlaqələrin tarixi hələ 15-ci əsrə-Uzun Həsənin dövrünə gedib çıxır:
“Lakin bu əlaqələrin inkişaf dövrü Azərbaycan müstəqillik əldə etdikdən, mərhum dövlət başçısı Heydər Əliyev hakimiyyətə gəldikdən və Avstriyaya ilk rəsmi səfərini etdikdən sonrakı dövrə təsadüf edir”.
Azərbaycanın demokratik, hüquqi dövlət olduğunu nəzərə çatdıran C.Qurbanov sonra bildirib ki, iki ölkə arasında sıx diplomatik əlaqələr var, iqtisadi əlaqələr inkişaf edir, dəmir yol vaqonları alınır, birgə dağ-xizək qurğuları quraşdırılır.
Avstriyalı parlamentarilərə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən C. Qurbanov deyib ki, 20 ildən çoxdur Ermənistan tərəfindən davam edən işğal faktoru bölgə üçün ciddi təhlükə yaşadır:
“Hazırda Azərbaycanda 40 minə yaxın erməni yaşadığı halda, Ermənistanda bir nəfər də azərbaycanlı yaşamır”.
F. Neugebauer öz növbəsində iki ölkə arasında 20 ildir davam edən çoxsahəli əlaqələrə toxunaraq bildirib ki, bu əlaqələr qarşılıqlı səfərlər çərçivəsində güclənir.
O qeyd edib ki, may ayında Azərbaycan Prezidenti İlham Əliyev Avstriyaya səfər edəcək və bu da ikitərəfli əlaqələrə mühüm töhfələr verəcək.
Qonaq Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunaraq bəyan edib ki, bütün məsələlər sülh və danışıqlar yolu ilə həll olunmalıdır:
“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə də vurğuladıq ki, münaqişənin ATƏT Minsk Qrupu çərçivəsində həll olunmasının tərəfdarıyıq”.
Avstriya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Karl Öllenger isə görüş zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında münaqişə ətrafında gərginlik yaranıb.
“Bu aradan qaldırılmalıdır və bunun alova çevrilməsinə yol vermək olmaz. Bu, ancaq sülh və dialoq yolu ilə həllini tapmalıdır”-deyə, o, sözlərinə əlavə edib.
Buna cavab olaraq C. Qurbanov bildirib ki, Azərbaycan istənilən dövlətlə, o cümlədən Ermənistanla sülh və dostluq şəraitində yaşamağa hazırdır, yeganə şərt Ermənistanın işğalçılıq siyasətinə son qoymasıdır:
“Biz torpaqlarımızın bir qarışını olsun belə, heç kimə verən, güzəştə gedən deyilik. Danışıqlar prosesi nəticə verməsə, əlbəttə, biz torpaqlarımızı qaytarmaq üçün müharibəyə hazırıq. Bunu dəfələrlə bizim dövlət başçımız da bildirib. Dağlıq Qarabağ danışıqlar predmeti deyil”.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50