Rusiyada səfərbərliklə hərbi xidmətə cəlb olunan 80 minə yaxın şəxs Ukraynadakı döyüş bölgəsinə göndərilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, 50 min vətəndaşın döyüş əməliyyatlarında iştirak etdiyini açıqlayıb.

“Hazırda bizim 50 min vətəndaşımız döyüş bölmələrindədir. Qalanları hələ döyüş əməliyyatlarında iştirak etmir. Digərləri təlim poliqonlarındadır”, - deyə Putin vurğulayıb.