ABŞ-ın Corciya ştatında kimya zavodunda güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğına səbəb silsilə partlayışlar olub.

Səlahiyyətlilər müəssisənin əməkdaşlarını və ona bitişik qəsəbələrin sakinlərini təxliyə ediblər.

“Zavod təxliyyə edilib. Üç mil radiusda sakinlərə yerindəcə qapanma əmri verilib. Bir millik zona isə evakuasiya olunub”, - deyə  Qlinn dairəsinin hakimiyyət orqanlarından bildirilib.

Məlumata görə, üç yaşayış məntəqəsi boşaldılıb.

Hələlik hadisə nəticəsində bir yanğınsöndürənin öldüyü məlumdur. Yanğının lokallaşdırıldığı bildirilir.