Gəncədə minik maşını aşıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Prado" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Tural Əhmədov