İraqın paytaxtı Bağdadın mərkəzində ABŞ vətəndaşı güllələnərək öldürülüb.

“Unikal” xəbər verir ki, bu barədə İraq güc strukturlarındakı mənbə məlumat verib.

Bildirilib ki, Stefen Troell adlı amerikalı Bağdadın mərkəzindəki 62-ci küçədə öz maşınında qətlə yetirilib.

Məlumata görə, o, İraqda qeyri-hökumət təşkilatlarının birinci ingilis dili müəllimi kimi işləyib.