Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

"Unikal" xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Dövlət himni səsləndirilib. Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə təşkil edilib:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;