Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə daha bir marşrut üzrə Zəfər yürüşü keçirilib.

"Unikal" xəbər verir ki, yürüş Hüseyn Cavid parkından başlayaraq Hüseyn Cavid prospekti, Parlament prospekti və Şəhidlər xiyabanına qədər davam edib.

Yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Bakıda Zəfər yürüşü üç istiqamət üzrə keçirilib. Belə ki, yürüş bundan əvvəl Şəhidlər xiyabanından başlayıb və Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər, eləcə də Heydər Əliyev Sarayından başlayaraq Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti və Azadlıq meydanına qədər davam edib.

Fotolar: Ayxan Məlikov