İranın Azərbaycandakı səfirliyi Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını və dövlətini təbrik edib.
"Unikal" xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.
"Zəfər Günü və İslam dünyası torpaqlarının bir hissəsi olan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi münasibətilə Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edirik. Şəhidlərin ruhu şad olsun", - paylaşımda qeyd olunub.